Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
KİVDF qəzetlərlə bağlı qərarını açıqlayıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
KİVDF-dən Gender.az-a verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası gündəliyinə daxil edilmiş Fondun 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi barədə məlumat verib.
Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. V. Səfərli qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir. İcraçı direktor bildirib ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur. II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.
 
V. Səfərlivurğulayıb ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib.
Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər
I kateqoriya - Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan)
ictimai-siyasi qəzetlər
 
Qəzetin Adı
Ayrılmış vəsait
(manatla)
1.
"Bakı-Xəbər” qəzeti
 
20000
2.
"Kaspi” qəzeti
 
20000
3.
"Yeni Müsavat” qəzeti
 
20000
4.
"Səs” qəzeti
 
20000
5.
"Yeni Azərbaycan” qəzeti
 
20000
6.
"Mövqe” qəzeti
 
20000
7.
"Kaspiy” qəzeti
 
20000
 
II kateqoriya - Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan)
ictimai-siyasi qəzetlər
Qəzetin Adı
Ayrılmış vəsait
(manatla)
1.
"Həftə İçi” qəzeti
 
10000
2.
"Novoye Vremya” qəzeti
 
10000
3.
"Azernews” qəzeti
 
10000
4.
"525-ci qəzet"
 
10000
5.
"Xalq Cəbhəsi” qəzeti
 
10000
6.
"Paralel” qəzeti
 
10000
7.
"Hürriyyət"
 
10000
8.
"Olaylar” qəzeti
 
10000
9.
"Palitra” qəzeti
 
10000
10.
"Ədalət” qəzeti
 
10000
11.
"Üç nöqtə” qəzeti
 
10000
12.
"Azad Azərbaycan” qəzeti
 
10000
13.
"Şərq” qəzeti
 
10000
III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər
Qəzetin Adı
Ayrılmış vəsait
(manatla)
1.
"Oxu Məni” qəzeti
 
5000
2.
"Unikal" qəzeti
 
5000
3.
"Hərbi And” qəzeti
 
5000
4.
"Türküstan" qəzeti
 
5000
5.
"The Business Times” qəzeti
 
5000

 
Tarix: 01 aprel 2019
Baxış: 421

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş