“Xəzər axşamı” proqramı mərhum reper Anar Nağılbazın evində qonaq olub.
Gender.Az xəbər verir ki, sənətçinin övladları atalarından danışıblar.
Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazın ailəsinə dəstək olub. O bildirib ki, yeni layihə hazırlamaq üçün tanınmış reperlərdən birindən kömək istəyib. Lakin ifaçı buna “vaxtəım yoxdur” deyərək etiraz edib.
Çəkiliş zamanı Anar Nağılbazdan qalan şəxsi əşyaları da nümayiş olunub.
Qeyd edək ki, sirrozdan əziyyət çəkən Anar Nağılbaz 2018-ci ildə vəfat edib.