"Hədəfim 700 baldır" - 300 bal toplayan şagird
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir.
Gender.Az xəbər verir ki, təəssüratlarını AzərTAC-la bölüşən Nərmin Ağazadə 4-cü ixtisas qrupuna hazırlaşır.
"9-cu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən 11-ci sinifdə imtahana hazırlaşmağa başladım. Hələ ki ixtisasımı seçməmişəm, qəbul imtahanından sonra qərar verəcəyəm. Hədəfim 700 bal toplamaqdır”, - deyə Nərmin Ağazadə qeyd edib.
Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Tarix: 02 aprel 2024
Baxış: 148
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş