Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Azərbaycanın quru sərhədləri buna görə bağlıdır — İlk dəfə açıqlandı

Sərhədlərin bağlanmasıyla bağlı qərar özünün doğruluğunu getdikcə daha çox isbatlayır. Çünki dünyanın olduqca böyük təhlükələrlə qarşı-qarşıya olduğunun fərqindəyik”. 
Gender.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov TV Müsavat-ın efirində sərhədlərin açılması ilə bağlı suala cavab verərkən deyib. Deputat qeyd edib ki, hazırda Azərbaycan üçün ən ciddi təhlükələr məhz xaricdən gələ bilər: 


“Cənab prezident parlamentdəki andiçmə mərasimində də qeyd etdi ki, bizdə daxildən heç bir təhdid və təhlükə yoxdur. Bizə təhdidlər 2 istiqamətdən, ideoloji və sərhəddən gələ bilər”. 
Deputat Rusiyanın paytaxtı Moskvada baş verən terror aktlarını misal göstərərək, sərhədlərin bağlı qalmasının vacib olduğunu qeyd edib: 
“Mənə elə gəlir ki, bundan sonra dünyada terror aktlarının sayı artacaq. Çünki dünya bu gün qlobal qarşıdurmaya gedir. Bundan isə ən çox terrorçular istifadə edir. Sərhədlər qapalı olduqda təhlükəsizliyin təmin olunması imkanları daha da genişlənir” – deyə Elman Nəsirov bildirib. \\Yenisabah.az
Tarix: 02 aprel 2024
Baxış: 113

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş