Xəbər lenti
Reklam
Bayram ərəfəsində çərəzlər BAHALAŞIB - QİYMƏTLƏR

Novruz bayramı ərəfəsində çərəzlərin qiymətində dəyişiklik hiss olunmağa başlayıb.
Ötən illə müqayisədə çərəzlərin qiymətində bahalaşma müşahidə olunur.
Bazarlarda növü və çeşidinə görə çərəzlərin qiyməti dəyişir. Ən çox qiyməti bahalaşan məhz ləpələrdir. Yerli istehsal olan qoz ləpəsinin qiyməti 17-22 manat arasında dəyişir. Fındıq ləpəsi isə 17-24 manata satılır. Kişmişlərin isə qiyməti 7-14 manat arasında dəyişir. Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Digər çərəzlərin qiymətini təqdim edirik:
Qoz - 6-14 AZN
Fındıq - 8-10 AZN
Şabalıd - 8 AZN
Badam qabıqlı - 4.30
İydə - 7 AZN
İnnab - 8 AZN/BAKU.WS


Tarix: 11 mart 2024
Baxış: 190

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş