Xəbər lenti
Reklam
“Qızıma dedim ki, bəxtinə nə çıxsa, odur, qurtardı”: Zirədə xonçanı niyə kişilər aparırlar? - VİDEO

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Zirə sakinləri Elşad Kərimov və Qədir Nəcəfzadə köhnə adətlərdən, ailə dəyərlərindən danışıblar.
Q.Nəcəfzadənin sözlərinə görə, Zirə kəndində nişan üzüyünü qız evinə kişilər aparırlar:
“Adətən xonçalar qadınların əlində olur. Amma bizim kənddə nişan xonçalarını kişilər aparırlar. Bunun mənası odur ki, razılığa iki nəslin kişiləri gəlir. Sonra qızın atası cürət edib hər xırda problemə görə durub gəlməməlidir ki, qızımı incitmisiniz”.
Böyük sözü dinləməyən gənclərdən gileylənən Zirə sakini qeyd edib ki, müasir və azad yaşam tərzi xoşbəxt olmaq üçün kifayət deyil:
“Heç kimi dinləməmək, bütün qazancını əyləncəyə xərcləmək insanı uçuruma aparan şeylərdir”.
Zirəli ağsaqqal Elşad Kərimov isə övladları ailə qurarkən onlara verdiyi məsləhətdən danışıb:
“Qızımı ərə verəndə dedim ki, bəxtinə nə çıxsa, odur, qurtardı. Övladıma söyləmişəm ki, məni adımla çağıra bilərsən, amma qayınatana “ata” de”.
Daha ətraflı Baku TV-nin videomaterialında:

Tarix: 09 mart 2024
Baxış: 401

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş