Xəbər lenti
Reklam
Universitetlərdə ciddi dəyişiklik anonsu - Hökumətin hesabatı

"Universitetlərdə əmək bazarına uyğun kadrların hazırlanması sahəsində hələ də problemlər mövcuddur".
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, xüsusilə də köhnədən qalan və müasir tələblərə cavab verməyən ixtisaslar hələ də var: 
"Bu İxtisaslar üzrə kadr hazırlığı məsələsinə yenidən baxılmalı və gələcəyə yönəlik ixtisaslar seçilməlidir. Gənc kadrlar əmək bazarının tələblərinə uyğun doğru və düzgün formada hazırlanmalıdır". 
Hesabatda bildirilib ki, 2019-cu ildə ali təhsil pilləsinin bakalavriat səviyyəsi, 2020-ci ildə isə orta ixtisas təhsili pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib. Həmçinin, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün 148 ixtisas və orta ixtisas təhsili pilləsi üçün isə 142 ixtisas üzrə yeni məzmunlu, kompetensiya əsaslı, tələbə yönümlü təhsil proqramları hazırlanb və təsdiq edilib: "Təsnifat və proqramların hazırlanmasında mütəxəssislər və İşəgötürənlər yaxından iştirak edib. Bu da öz növbəsində gələcəkdə məzunların işlə daha rahat təmin olunmasına xidmət edəcək". \\APA
 

Tarix: 06 mart 2024
Baxış: 864

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş