Xəbər lenti
Reklam
Kadırov Quranı yandıran Juraveli belə cəzalandırdı - Təcridxanaya gəldi və… + TƏFƏRRÜAT

Qroznı məhkəməsi ötən ilin yazında Volqoqrad şəhərində müsəlmanların müqəddəs kitabı olan Quranı yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.
Juravelə qarşı Cinayət Məcəlləsinin 148-ci (dini mərasimlərin keçirildiyi yerlərdə dindarların hisslərini açıq şəkildə təhqir etmə) və 213-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri üzrə ittihamlar irəli sürülüb.
İstintaq Komitəsindən bildirilib ki, Çeçenistan Respublikası sakinlərinin çoxsaylı müraciətləri əsasında Juravelin məhkəməsi Çeçenistanda baş tutub. Qroznıdan olan 13 imam işdə zərərçəkmiş kimi tanınıb.
Məhbusun dindirilməsi videosu Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən yayımlanıb. O, sifarişi Ukrayna Təhlükəsizlik Xidmətindən aldığını deyib:
“Məndən Volqoqrad vilayətində xristianlar və müsəlmanlar arasında dini ədavəti qızışdırmaq tələb olunurdu. Göstərişlə hərəkət etmişəm və buna görə 10 min rublun veriləcəyini demişdilər”
Xatırladaq ki, Juravel 2023-cü ilin yayında təcridxanada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam tərəfindən döyülüb. Ramzan Kadırov isə döyülmə anının görüntülərini paylaşıb və oğlunun əməli ilə fəxr etdiyini bildirib.\\KONKRET.az

Tarix: 27 fevral 2024
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş