“Milyonçu” şousunda səhv sual verildi
Britaniya televiziyasında yayımlanan “Milyonçu” şousunda maraqlı hadisə baş verib.
125 min funt-sterlinq dəyərindəki mərhələyə qədər qalxan iştirakçıya Formula 1 haqqında sual verilib.
Sual belə olub: “Pilota göstərilən mavi bayraq nəyi işarə edir?”
Cavab versiyaları isə aşağıdakı kimi olub:
a) Dərhal boksa qayıtmaq
b) Qarşıda yavaş sürətlə gedən maşın var
c) Sürüşkən trass
d) Daha sürətli maşın sizi keçmək istəyir
Redaktorların düzgün cavabı D variantı olub. Halbuki, bu, Formula 1 qaydalarına görə düzgün deyil. Mavi bayraqlar pilotu bir dövrə keçməyə cəhd olarkən göstərilir.
Redaktor.Az
Tarix: 27 fevral 2024
Baxış: 118
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş