Bəlkə də, başlığı oxuyarkən "belə insanlar ola bilməz" deyə düşünəcəksiniz, amma həqiqətən heç vaxt cinsi əlaqəyə girmədən yaşayan məşhurlar olub.
Gender.Az sfera.az-a istinadən bu məşhurları təqdim edir.
1. Andy Warhol
Bütün zamanların ən məşhur sənətçilərindən biri və "Pop Art" hərəkatının əsas üzvü Uorhol ölümündən 7 il əvvəl verdiyi müsahibədə gey olduğunu, lakin həyatında heç vaxt cinsi əlaqədə olmadığını bildirmişdi. Ömrünün son 7 ilində nə baş verdiyini heç kəs bilməsə də, onun bu təcrübəni yaşamadan həyatla vidalaşdığı düşünülür.
2. Kraliça I Elizabet (İngiltərə)
Hətta ləqəbi "Bakirə Kraliça" olan Elizabet həyatı boyu ona edilən bütün evlilik təkliflərini rədd edib və məlum olduğu qədər də bakirə olaraq dünyadan köçüb.
3. İmmanuel Kant
Müasir fəlsəfənin ən mühüm adlarından biri olan İmmanuel Kant ömrünün çox hissəsini tarix, siyasət və dinin öyrənilməsinə həsr etmişdir. Bir sözlə, düşünmədən sevişməyə fürsət tapa bilməyən filosof 79 yaşında dünyasını dəyişib. Onun da heç vaxt cinsi təcrübə yaşamadığı bildirilir.
4. Cozef Merrik
Adı deyil, ləqəbi ilə tanınan 'Fil Adam' ləqəbi ilə 27 yaşında, xəstəliyi səbəbindən heç kimlə birlikdə ola bilməyərək dünyasını dəyişdi.
5. Cakomo Leopardi
Məşhur italyan şairi Leopardi uşaqlığını qumarbaz olan valideynlərinin yanında yoxsulluq içində keçirmiş, ömrünün qalan hissəsini biliyə həsr etmiş şəxsdir. Məlum olduğu kimi, həyatı boyu heç kimlə emosional münasibət qurmayan şairin yaradıcılığında bu vəziyyətin yaratdığı narazılıqları asanlıqla görmək olar.
6. Henri Ceyms
Bütün zamanların ən böyük yazıçılarından biri olan Henri Ceymsin bir neçə romantik homoseksual münasibətdə olduğu güman edilir, lakin bir çox problemləri olduğu üçün həyatı boyu sekslə məşğul ola bilməyib.
7. Herbert Spenser
19-cu əsrin ən əhəmiyyətli alimlərindən biri olan Herbert Spenser skolyoz xəstəsi olduğu üçün həyatı boyu heç bir cinsi təcrübə keçirə bilməyib.
8. Con Edqar Huver
FBİ-nin ilk direktoru olan və adı bir çox gizli və təhlükəli missiyalarla hallanan Huver tutduğu vəzifənin əhəmiyyətindən ötəri hər cür təqib və təhqiqata məruz qalmışdı. O da məlum olduğu qədər heç vaxt cinsi əlaqədə olmamış, həyatında heç kimlə yaxınlıq etməmişdir.
9. Cozef Kornel
Məşhur amerikalı rəssam Cozef Kornel ömrünün çox hissəsini kiçik taxta evdə tək keçirib. Karyerasında daha sonra çəkdiyi eksperimental filmlərlə böyük bir pərəstişkar kütləsi olan Kornel 69 yaşında cinsi həyat yaşamadan vəfat edib.
10. Hans Kristian Andersen
Məşhur Danimarkalı yazıçı Andersenin həyatının son dövründə yazdığı məktublar araşdırıldıqda onun heç vaxt cinsi əlaqədə olmama ehtimalı güclənir.
11. Henry Cavendish
Elm dünyasına verdiyi töhfələrlə tanınan Henri Kavendiş həyatı boyu çox introvert insan olub. Alim ömrünün çox hissəsini tək keçirmiş, heç bir ictimai və ya cinsi münasibət qurmamışdır.
12. Nikola Tesla
Bu günə qədər çox maraqlı bir şəxsiyyətə sahib olaraq dəfələrlə haqqında yazılan və danışılan Tesla, sağlığında çoxlu qadın pərəstişkarı olsa da, heç kimlə münasibət qurmadan dünyasını dəyişib.
13. Lewis Carroll
Dünyaca məşhur yazıçı Lewis Carroll mühafizəkar kimi tanınan bir addır. Amma ölümündən sonra ortaya çıxan sənədlərə görə, Kerrollun yetkin qadınlarla maraqlanmadığı ortaya çıxır. Etiraf məktublarında, onun balaca qızları sevdiyi məlum olur. Elə buna görə də, nə yaxşı ki, "bakir" ölüb.
14. İsaak Nyuton
Bütün zamanların ən böyük elm adamlarından biri olan Nyutonun cinsi əlaqəyə girmədən ölməsi onun dövründə yaşayan demək olar ki, hamıya məlum idi.
Məqaləyə dair fotomateriallar: