Aİ Komissiyası “TikTok”la bağlı araşdırmaya başlayacaq
Avropa İttifaqı Komissiyası “TikTok” sosial şəbəkəsinin “Rəqəmsal Xidmətlər Haqqında” Qanunun müddəalarını pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başladığını açıqlayıb.
Bununla bağlı “The Times” qəzeti məlumat dərc edib.
Açıqlamada qeyd olunub ki, “TikTok”un uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi, platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri ilə bağlı qaydaları pozub-pozmadığı qiymətləndiriləcək.
Həmçinin həyata keçirilən digər tədbirlərin, xüsusən də “TikTok”un yetkinlik yaşına çatmayanların uyğun olmayan məzmuna daxil olmasının qarşısını almaq üçün istifadə etdiyi yaş yoxlama sisteminin kafi olmadığı vurğulanıb. \\Qafqazinfo
Tarix: 20 fevral 2024
Baxış: 182
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş