“Navalnı korrupsiyaya və diktaturaya cəsarətlə müqavimət göstərdi. Həbsxanada da haqqın, azadlığın səsi olaraq qaldı. Onu zəhərləmək cəhdindən sonra ölüm təhlükəsinə baxmayaraq, Rusiyaya qayıtdı. Bu, inanılmaz cəsarət nümayişi idi. Putin Navalnının qətlinə görə məsuliyyət daşıyır, bu, Putinin qəddarlığının daha bir sübutudur, o, təkcə digər ölkələrin vətəndaşlarını deyil, öz vətəndaşlarını da öldürməyə hazırdır".
Bunu ABŞ Prezidenti Co Bayden bildirib.
O, qeyd edib ki, Navalnı Rusiyada azadlığa, qanunun aliliyinə inanırdı.
"O, Putinin hərbi cinayətlərinə, onun dəhşətli müharibəsinə etiraz edirdi. Tarix bizi, Nümayəndələr Palatasını izləyir: əgər biz Ukraynanı dəstəkləməsək, tarix bizi qınayacaq. Biz əvvəlki prezidentin arxasınca getməməliyik və Rusiyanın istədiyini etməyə imkan verməməliyik.
Putin və bütün dünya bilməlidir ki, o, NATO üzvünə hücum edərsə, biz alyansın hər qarış torpağını müdafiə edəcəyik.
Navalnının həyat yoldaşına və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Biz Navalnı və onun cəsarətini unutmayacağıq”, – Amerika lideri müraciətində bildirib.
Bayden vurğulayıb ki, Amerika hakimiyyəti Rusiyaya qarşı yeni tədbirlər görə bilər. \\BakuPost