Xəbər lenti
Reklam
Əhməd buna görə əsgərliyə aparılmayıb - Səfərbərlik Xidmətindən AÇIQLAMA

Bakıda 5 ailə üzvünü amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib.
Suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib.
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilmiş və göndəriş əsasında 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Əhmədov Əhməd Mehman oğlu Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib” - qurum rəsmisi bildirib. \\Redaktor.az

Tarix: 15 fevral 2024
Baxış: 119

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş