Xəbər lenti
Reklam
Məktəbli qızlar kütləvi şəkildə bakirəlik testindən keçirilir

Türkmənistanda “mənəvi saflığını” qiymətləndirmək üçün kütləvi şəkildə məktəbli qızların bakirəliyini yoxlamaq qərarına gəldilər.
Bu barədə “Azadlıq” radiosu Türkmənistan xidməti öz mənbələrinə istinadən bildirib.
Respublikanın qərbində yaşayan şagirdlər və onların analarının dediyinə görə, ginekoloji müayinələr uşaqların və valideynlərin razılığı olmadan aparılır. Yerli təhsil işçilərindən biri onu da bildirib ki, imtahandan keçməyən məktəbli qızlarla bağlı məlumatlar polisə və Milli Təhlükəsizlik Nazirliyinə ötürülür.
Məmurlardan biri bildirib ki, təhlükəsizlik qüvvələri cinsi partnyorları olduğu iddia edilən qızların mobil telefonlarını tez-tez yoxlayır. Bu cür yoxlamaların son aylar regionda yeniyetmə hamiləliklərinin sayının artması ilə əlaqələndirilə bilər. \\BakuPost

Tarix: 15 fevral 2024
Baxış: 190

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş