Səhvən başqasının kartına köçürülən pulu necə qaytarmaq olar? - Ekspert
Son vaxtlar vətəndaşların bank kartlarına səhvən pul köçürmələrinin sayı artıb. Amma qəbzdə karta pul köçürənlərlə bağlı heç bir məlumat göstərilmir.
Belə olan halda səhvən köçürülən vəsaiti sahibinə necə qaytarmaq olar?
İqtisadçı Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, vətəndaş ona vəsait köçürülən banka bu barədə məlumat verməlidir:
"Onun kartına səhvən vəsaitin köçürüldüyünü və qəbzdə göstərilən miqdarı deməlidir. Yox, bankın adı göstərilmirsə, o zaman vətəndaş özünün bankı ilə əlaqə saxlamalıdır. Vətəndaş bütün məlumatları banka bildirməlidir. Bank araşdırma aparacaq və vəsaiti köçürən şəxsi tapıb məbləği onun kartına köçürdəcək".
Əkrəm Həsənov bankın komissiya haqqı tutacağını də diqqətə catdırıb:
"Vəsait geri qayıdanda vətəndaşdan komissiya haqqı tutulacaq".
Tarix: 14 fevral 2024
Baxış: 122
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş