“Tesla” 2,2 milyon avtomobilini geri çağırdı - SƏBƏB
ABŞ-nin “Tesla” şirkəti proqram təminatının yenilənməsi məqsədilə təxminən 2,2 milyon avtomobilini geri çağırıb.
Bu barədə ABŞ Yollarında Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Administrasiyasının saytında bildirilir.
Məlumata əsasən, 2.193.869 avtomobilin qüsur səbəbindən geri çağırılacağı diqqətə çatdırılır. “Associated Press” agentliyi xəbər verir ki, indikatorlardakı siqnal işıqları tələb olunduğundan kiçik ölçüyə malikdir. Bu isə texniki təhlükəsizlik üzrə mühüm informasiyanın oxunmasına çətinlik yarada, bununla da qəza riskini artıra bilər.
“Tesla” 2023-cü ilin dekabrında avtoidarəetmə sistemində problemlərin aradan qaldırılması üçün 2 milyon avtomobili geri çağırmışdı.
Tarix: 03 fevral 2024
Baxış: 133
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş