Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Əvvəl "hacı" deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür"

Aktyor Fərda Xudaverdiyevin müğənni Şəbnəm Tovuzlu haqda dedikləri ifaçını əsəbiləşdirib.
Fərda "Xəbər-ətər" proqramında "hacı" mövzusuna toxunub:
"Hacı deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin xətrinə gəlməz. Şəbnəmin kod adı "hacı"dır. Əgər Şəbnəmlə bundan gözəl zarafat edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram. Burada nə var ki?".
Proqramda yer alan Şəbnəm aktyora "Bu adama nə deyim, dostumdur da. Ona görə bu dəfə keçirəm. Həddini aşmadan, sərhəddini keçmədən zarafat etmək olar, burada nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında" cavabını verib.  \\Axşam.az 

Tarix: 29 yanvar 2024
Baxış: 113

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş