Paşinyan sülh müqaviləsi ilə bağlı danışdı
“İnanıram ki, Azərbaycanda prezident seçkilərindən sonra danışıqlar prosesi tam miqyasına çatacaq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı ilə birgə bəyanatı zamanı deyib:
“Ümid edirəm ki, Azərbaycanda prezident seçkilərindən sonra artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinə düzəlişlərin başa çatdırılması üçün danışıqlar prosesi tam miqyasına çatacaq”.
O, müzakirələr zamanı Ermənistan və Gürcüstan arasında sərhədin demarkasiyası prosesini başa çatdırmaq üçün əməli addımlar atmaq üçün müvafiq idarələrə göstəriş verməyə razı olduqlarını qeyd edib. \\Qafqazinfo
Tarix: 26 yanvar 2024
Baxış: 132
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş