Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Fransa Natəvanın heykəlini girov saxlayır? - Səfirlik məktub yazaraq geri istəyib, cavab verilmir

Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir.
Gender.Az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir.
Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb.
Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.
\\Qafqazinfo.az

Tarix: 24 yanvar 2024
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş