Xəbər lenti
Reklam
Ermənistanı Fransanın “xaricdəki ərazisi” adlandıran Makron nəyə NAİL OLMAQ İSTƏYİR?

Fransanın Azərbaycana diplomatik hücumları davam edir. Ölkəmizi hədəfə alan Fransa təmsil olunduğu bütün platformalarda Azərbaycan əleyhinə işlər aparır və ölkəmizə qarşı düşmən mövqedən çıxış edir. Özlərini “ermənidən çox erməni” kimi aparan fransızlar ölkəmizin siyasi imicinə zərbə vurmaq üçün bütün imkanlarını səfərbər ediblər.


Fransanın Xarici İşlər naziri Stefan Sejournet bildirib ki, Fransa Ermənistana daim dəstək verəcək. Fransada hər kəs onu alovlu ermənipərəst siyasətçi kimi tanıyır. Yeni nazir bundan əvvəl Avropa Parlamentində Ermənistanın maraqlarını müdafiə edib və Azərbaycan əleyhinə qəbul edilən qətnamələrin əsas təşəbbüskarı olub. İndi bu adamın əsas vəzifəsi Azərbaycanı hədəfə almaq və ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil etməkdir.
Eyni zamanda, İrəvana hərbi-siyasi dəstəyini davam etdirən Fransanın məqsədi Cənubi Qafqaza daxil olmaq və regionda möhkəmlənməkdir. Odur ki, Ermənistan-Azərbaycan münaqişəsi onun üçün göydəndüşmədir. Regionda sabitlik onların işinə yaramır. Parisin girmək istədiyi regionlar daim konflikt mərkəzləri olublar. Afrikadan qovulan Fransanın Ermənistan üzərindən Cənubi Qafqazı hədəf seçməsi də təsadüfü deyil.
Əsas məqsəd Rusiyanı sıxışdırmaq olsa da, Türkiyə ilə sərhədlərə də nəzarət etmək Fransanın ən böyük hədəflərindən biridir. Fransada hesab edirlər ki, bunun üçün ilkin addım atılıb. Aİ-nin müşahidəçi missiyasının tərkibində çoxluq təşkil edən Fransanın jandarma qüvvələri əslində müşahidəçi yox, peşəkar kəşfiyyatçılardır. Onlar əraziyə Azərbaycanla sərhəddə monitorinq aparmaq adı altında atılsa da, fərqli istiqamətlərdə fəaliyyət göstərirlər. Bir neçə gün əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov Aİ-nin müşahidəçi missiyasının işinə ciddi irad tutaraq bildirmişdi ki, avropalıların Ermənistandakı əsas məqsədi Rusiyanın oradakı hərbi koningentinə nəzarət etmək və kəşfiyyat aparmaqdır. Ermənistan-Türkiyə sərhəddində yerləşən Rusiya hərbçiləri barədə bilgi toplayan Fransa kəşfiyyatçıları əldə etdikləri  məlumatları dərhal Parisə ötürür. Kəşfiyyatçılar rus hərbçilərinin sayı, onların yerləşdikləri mövqe, yerli əhalinin ruslara münasibəti və digər lazımi məlumatları dəqiqləşdirr və araşdırma aparırlar.
Fransanın birbaşa marağında olan Ermənistana Paris əlində olan mexanizmlərlə nəzarət edir və düşmən ölkədə baş verən ictimai-siyasi hadisələri də diqqətdə saxlayır. İndi Fransanın bir nömrəli vəzifəsi Azərbaycanla bağlıdır və Paris elə güman edir ki, Bakı təzyiqlərə tab gətirməyərək öz mövqeyini dəyişəcək. Amma Fransanın imperya maraqları çətin ki, Azərbaycanı öz yolundan döndərə bilsin.
Fransa prezidenti Makron açıq şəkildə Ermənistanın xilası haqqında danışır: “2024-cü ildə biz xaricdəki ərazilərimizin müdafiəsini təmin edəcəyik. Burada təfərrüatlı sadalamadan çəkinəcəyəm. Diqqətimizi çəkən və mövqelərimizi gücləndirmək baxımından Ermənistanı da qeyd edə bilərəm”.
Faktiki olaraq, Makron Ermənistana Fransanın müstəmləkəsi kimi yanaşır. Əslində Makron Ermənistana  Fransanın “xarici ərazisi” kimi baxır. Ekspertlər hesab edirlər ki, Fransanın Ermənistana hərbi-siyasi dəstəyinin arxasında da bu siyasət dayanıb və bununla yeni münaqişə yaratmağa çalışırlar. Hazırkı dönəmdə  Fransanın bölgəmizə daxil olmaq şansı praktiki olaraq sıfırdır. Fransa isə Ermənistanla Azərbaycan arasında yeni toqquşmalar yaratmaq üçün hər cür təxribat hazırlaya bilər. Fransanın ssenarisi baş tutarsa, heç bir “Bastion” Ermənistanı Azərbaycanın əlindən ala bilməyəcək. \\KONKRET.az
Tarix: 23 yanvar 2024
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş