Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Nurofen" haqda nə bilirik? - Ekspert başına gələnləri açıqladı

"Xarici ölkədə hər dəfə aptekdən uşaqlar üçün "Nurofen" istədəyəndə mənə bu dərmanın güclü olduğunu əsas gətirərək başqa dərman təklif edirdilər". 
Gender.Az  xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O, ölkəmizdə uşaq qızdırmalı olan kimi ona birbaşa "Nurofen" verilməsi ilə bağlı bu sözləri deyib:
"Bayaq qarşıma uşaqlar üçün "Nurofen"in reklamı çıxdı. Xarici ölkələrə, daha dəqiqi Avropa ölkələrinə gedəndə apteklərdən uşaqlarım üçün qızdırma dərmanı və vitamin D alıram. Çünki birinciyə ildə bir neçə dəfə ehtiyac yaranır, ikinci isə bədəndə D vitamini çatışmazlığı olanda istifadə olunur. Həm də xaricdə alınan dərmanlar, xalq dili ilə desək, "ucuz və keyfiyyətli" olurlar.  
Xarici ölkədə hər dəfə aptekdən uşaqlar üçün "Nurofen" istəyəndə mənə bu dərmanın güclü olduğunu əsas gətirərək başqa dərman təklif edirdilər. Deyirdilər ki, biz verdiyimiz dərmanı verin, əgər təsiri olmasa, həkim məsləhəti ilə "Nurofen" verərsiniz. Ən azı 3 ölkədə (Fransa, Belçika, İtaliya) bu fikri əzcaçılar mənə deyib. Xoşbəxtlikdə həmin dərmanların təsiri kifayət qədər olduğundan "Nurofen"ə ehtiyac duymamışıq. Ətrafda müşahidə edirəm ki, uşaq qızdırmalı olan kimi ona birbaşa "Nurofen" verilir. Bəlkə də bizdə satılan "Nurofen"lərin təsiri az olduğundan onlarn zərəri də zəif dərmanlar kimidir. Hər bir halda "Nurofen" verməyə tələsməmək lazımdır", - deyə o söyləyib.
Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov da daha əvvəl parlamentdə çıxışı zamanı dərmanların qiymətlərinin xarici ölkələrlə müqayisədə dəfələrlə baha olduğunu demişdi. O, həmçinin bəzi dərman istehsalı ilə məşğul olan zavodların həyati vacib olan dərmanların tərkibinə qatılması olan hissəni qiymətə görə əlavə etmədiklərini bildirmişdi.

Mənbə: Ölkə.Az

Tarix: 22 yanvar 2024
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş