Seksdən daha çox həzz verən vasitə - Alimlərdən maraqlı TƏDQİQAT
Alimlər aydınlaşdırdılar ki, alış-veriş ən azı seks qədər böyük həzz verir.
Gender.Az bildirir ki, bu barədə New York Post neyro-kompüter interfeyslərinin hazırlanması üzrə şirkət - "MyndPlay"in tədqiqatlarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, alış-veriş edən insanları iki kateqoriyaya bölmək olar. Birinciyə fərdiyyətlərini tərənnüm edən malları almağa çalışan insanlar aiddirlər. İkinci qrup insanlar isə mağazalara yalnız mühitə uyğun olmaq və dəblə ayaqlaşmaq üçün gedirlər.
Tədqiqatçılar yoxlananların beyin qamma-ritmlərini təhlil edərək bu qənaətə gəliblər ki, birinci qrupun 84 % alıcısı alış-veriş zamanı böyük həzz yaşayırlar. Maraqlıdır ki, beynin bu göstəriciləri yarışlarda qələbə və seks zamanı alınan həzzlə eyni ritmdədir.\\Milli.az
Tarix: 20 yanvar 2024
Baxış: 151
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş