Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Azərbaycanda güclü zəlzələlər baş verəcək? – Zirəddinin proqnozu

“Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir. Həmçinin 12 noyabr 2023-cü ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər olacağını xəbər vermişdim”.
Gender.Az bildirir ki, bu sözləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər:
“Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də öz aktuallığını saxlayır”.
Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb:
“Azərbaycanda dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz və yay ayları seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür”.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi də Azərbaycanda güclü zəlzələ olmayacağını açıqlayıb.

Tarix: 17 yanvar 2024
Baxış: 135

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş