Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Nağdsız ödəniş qəbul etməyən taksi sürücülərini BUNLAR GÖZLƏYİR - Vətəndaşlar belə hallarda nə etməlidir?

Azərbaycanda fəaliyyət göstərən bir çox taksi şirkətlərində həm nağd, həm də nağdsız ödəniş forması mövcuddur. Ölkədə nağdsız ödənişdən istifadə edən şəxslərin sayı günü-gündən artmaqdadır. Belə ki, Azərbaycanda bu il noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 355 min ədəd artaraq 16 milyon 565 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artıb.
Nağdsız ödənişlərin sayı artsa da, bu sahədə olan problemlər hələ də davam etməkdədir. Taksi şirkətlərinin bir çoxunda nağdsız ödənişli sifarişlər zamanı sürücülər bunu qəbul etmək istəmir. Nəticədə, vətəndaşlar belə hallarda bir çox problemlə üzləşir.
Bu məsələnin həlli üçün addımlar nəyə görə atılmır?
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov problemin həlli yolları ilə bağlı Referans.az-a verdiyi açıqlamada danışıb.



“Hazırda Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin tətbiq etdikləri sistemdə sifarişlər zamanı ödənişin hansı formada olacağı barədə məlumat olmur. Yalnız sifarişi qəbul etdikdən sonra bəlli olur ki, sifarişin ödənişi nağd olacaq yoxsa nağdsız. Çox güman ki, buna qarşı şirkət özü də mübarizə aparır. Amma elə sürücülər var ki, nizam-intizamdan kənara çıxaraq belə hallara yol verir. Aydın məsələdir ki, həmin sürücülər şirkətə borcları olduqda və ya pulu kartdan çıxarmaq istəmədikləri üçün belə edirlər. Aydın məsələdir ki, bu vətəndaşlar tərəfdən ləngimə və ya başqa problemlərlə müşahidə olunur. Lakin dövlət qurumları tərəfindən belə bir mexanizm mövcud deyil ki, bu məsələnin tənzimlənməsi təmin olunsun”.
Ekspert bildirib ki, bu məsələnin tənzimlənməsi ilə bağlı mexanizmin mövcud olmaması vətəndaşların problemlərini sadəcə sosial şəbəkələrdə dilə gətirməsinə gətirib çıxarır ki, bu da nəticə vermir.
“Belə halda nağdsız ödənişin ləğv olunması da effektiv üsul deyil. Çünki bu da vətəndaşların narazılığı ilə nəticələnə bilər. Taksi şirkətləri vətəndaşları məmnun etmək üçün hər formada ödəniş forması təşkil edib, lakin bəzi nüanslarda problemlər yaşanır. Ümumiyyətlə, kart vasitəsilə edilən ödənişlərə dövlət də nəzarət edə bilir. Buna görə də nağdsız ödnişlərin ləğvi düzgün olmazdı. Sadəcə buna nəzarət edə biləcək bir mexanizmə ehtiyac var. Hazırda fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hansısa bir mexanizm tətbiq etməlidir”.

Fidan Vəlisoy

Tarix: 12 yanvar 2024
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş