Bu şəxslərdən 250 manat dövlət rüsumu alınacaq
Milli Məclisin (MM) martın 29-da keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.
Dəyişikliyə əsasən, könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri müəyyənləşib.
Belə ki, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması üçün 20 manat, genom qeydiyyatının aparılması üçün 250 manat dövlət rüsumu alınacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.\\Oxu.az
Tarix: 29 mart 2019
Baxış: 443
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş