Dilarə Səlim telekanal rəhbəri oldu
"Mədəniyyət" telekanalının direktoru vəzifəsinə təyinat olub.
Gender.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.
Bu barədə "ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.
Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.
Tarix: 10 yanvar 2024
Baxış: 155
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş