Özü anasız böyüdü, qızını anasız qoydu, həyat yoldaşının doğum günündə öldü – VİDEO
AzTV-də yayımlanan “Yüz ilin Sirləri” verilişi “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova bağlı maraqlı faktları təqdim edib.
Uzun müddət ABŞ-da yaşayan və orda ürəktutmasından dünyasını dəyən F.Rəhimbəyovanın ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüb.
Verilişdə 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından biri olan F.Rəhimbəyovanın karyerasının zirvəsində ölkənin tərk etməsinin və Bakıda ailə həyatının alınmamasının səbəbi, vəfatından bir neçə gün əvvəl görüntülərini və ailə arvixi təqdim edilib.
ABŞ-da yaşayan qızı, nəvəsi və ən yaxın dostu aparıcı Səxavət Nur, Bakıda isə aktrisanın rəfiqəsi Əməkdar artist Suğra Bağırzadə və onunla işləmiş bəstəkar Siyavuş Kərimi danışıb.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: