Yeni il, yeni ümidlər, yeni həyəcanlar, yeni başlanğıclar deməkdir. 2024-cü ildə hansı bürcün hansı ayda daha şanslı olacağı açıqlanıb.
Qeyd olunub ki, aylara görə şanslılar sırasında adı yer almayan bürclər üçün vəziyyət sabit qalacaq və həyat axınında heç bir dəyişiklik olmayacaq.
"Gender" bürclərin aylara görə şanslı olanlarını təqdim edir:
Yanvar
Yanvar ayında Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürcləri pul məsələlərində, Şir, Buğa, Dolça və Əqrəb bürcləri isə dostluq, ortaq iş və ictimai tədbirlərdə daha şanslı olacaqlar.
Fevral
Fevral ayında Şir, Buğa, Dolça və Əqrəblər ünsiyyət, təhsil və ailə ilə bağlı, Oxatan, Qız, Əkizlər və Balıqlar isə pul məsələlərində şanslı olacaqlar.
Mart
Oxatan, Qız, Əkizlər və Balıqlar iş həyatlarında və karyeralarında, Qoç, Oğlaq, Tərəzi və Xərçənglər eşq həyatlarında, hobbilərində və tanışlıqlarında şans qazanacaqlar.
Aprel
Bu ayda Qoç, Oğlaq, Tərəzi və Xərçənglər təşkilati məsələlərdə, gündəlik işlərdə, idman və sağlamlıq baxımdan şanslı olacaq. Şir, Buğa, Dolça və Əqrəb bürcləri tələsik qərarlar verməmək üçün diqqətli olmalıdırlar.
May
Şir, Buğa, Dolça və Əqrəblər ürəklərinə qulaq assalar qalib gələcəklər. Oxatan, Qız, Əkizlər və Balıqlara gəlincə, bu ayda ehtiyatlı olmaq daha yaxşıdır.
İyun
Oxatan, Qız, Əkizlər və Balıqlar üçün uğurlu dövrdür. Xüsusilə kredit, borc, vərəsəlik və məhkəmə iddialarında. Qoç, Oğlaq, Tərəzi və Xərçəng bu ay eşq həyatınıza diqqət edin!
İyul
Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürcləri xarici ölkələrlə bağlı məsələlər və təhsildə şanslı olacaqlar. Oxatan, Qız, Əkizlər və Balıqlar üçün yeni dövr başlayır.
Avqust
Şir, Buğa, Dolça və Əqrəb bürcləri karyera baxımından çox uğurlu olacaq. Oxatan, Qız, Əkizlər və Balıqlar gündəlik işlərdə, fitnesdə, şəxsi həyatda və pəhrizdə müsbət nəticələr qazanacaqlar.
Sentyabr
Oxatan, Qız, Əkizlər və Balıqlar indi özünüzü kəşf etməyin vaxtıdır. Qoç, Oğlaq, Tərəzi və Xərçəng - tez-bazar qərarlar verməməyə diqqət edin.
Oktyabr
Qoç, Oğlaq, Tərəzi və Xərçəng bürcləri eşq həyatlarında, hobbilərində və tanışlıqlarında uğurlar qazanacaqlar. Şir, Buğa, Dolça və Əqrəb bürcləri dostluq, ortaq iş və ictimai tədbirlərdə daha şanslı olacaq.
Noyabr
Şir, Buğa, Dolça və Əqrəb, kredit, borc, miras və məhkəmə məsələlərində şanslı olarkən, Oxatan, Qız, Əkizlər və Balıqlar sevgi həyatları ilə bağlı sürpriz yeniliklərə açıq olacaqlar.
Dekabr
Oxatan, Qız, Əkizlər və Balıqlar bu ay ürəyinizin səsini diqqətlə dinləyin. Şir, Buğa, Dolça və Əqrəb, ani və tələsik qərarlar verməyin. Qoç, Oğlaq, Tərəzi və Xərçənglər ilin sonunda ev, daşınmaz əmlak və ailə məsələlərində çox uğurlu olacaq.\\BAKU.WS