Xəbər lenti
Reklam
Azərbaycanda 137 mindən çox müəllimə VACİB XƏBƏR - Yeni imtahan OLACAQ

"2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il sertifikatlaşdırma imtahanından kəsilənlər 2024-cü ildə yenidən imtahan vermək şansı qazanıblar:
“2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsini planlaşdırırıq”.
Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər:
“Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hələlik bu adlar müzakirə edilir.
Çünki fərqləndirilmə olduqca önəmlidir. Əsas məsələlərdən biri də müəllimlərin yarımştatdan tam vəzifəyə keçirilməsidir. Prosesi səbirlə və mərhələli yerinə yetirsək, növbəti üç il ərzində müəllimlərin hazırlıq səviyyəsi, əməkhaqları daha da yaxşılaşacaq”.  \\Referans.az 

Tarix: 29 dekabr 2023
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş