"Araik təcridxanada tam gümrahdır, "Marlboro" çəkir"
Azərbaycanda həbsdə olan Qarabağda qondarma rejimin “prezidenti” adlandırılan Arayik Arutyunyan “Marlboro” siqareti çəkir.
Gender.Az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Arayik Arutyunyanla istintaq təcridxanasında görüşmüş İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.
Komitə sədri bildirib ki, görüş zamanı Arutyunyan özünü tam sərbəst və gümrah hiss edirdi: “Dedi ki, özümü Azərbaycan vətəndaşı kimi çox rahat hiss edirəm. İstintaq təcridxanasında normal yaşayış üçün bütün şəraiti var. Saxlama kamerasında hamamı, istilik sistemi yüksək səviyyədə. Ərzaq təminatı lazımi qaydadadır. Özü də etiraf elədi ki, Azərbaycan vətəndaşıdır. Deyir ki, mən Azərbaycan SSRİ-də doğulmuşam, burada özümü hiss edirəm. Özünü Bakıda sərbəst hiss edir. Söhbət zamanı gördüm ki, “Marlboro” siqareti çəkir. Soruşdum, dedi ki, Ermənistandan ailəsi alıb göndərir. Göndərilən bağlamalar da vaxtında özünə çatdırılır. Yəni bir sözlə, Arayik özünü elə aparır ki, elə bil terrorist deyil. Hətta o etiraf etdi ki, “Stepanakert”də yox, Xankəndidə doğulub”.
Tural Hüseynov bildirib ki, söhbət zamanı Arayik Arutyunyanın Azərbaycan dilində çox sözlər bildiyi məlum olub: “Özü də etiraf etdi ki, Azərbaycan dilində çox söz bilir, amma cümlə qurmağı bacarmır. Dedi ki, o təhsilini rus dilində aldığından Azərbaycan dilində danışmağa çətinlik çəkir”.
İQAK sədri qeyd edib ki, Arutyunyan boş vaxtlarında rus dilində kitablar oxuyur: “Əsasən bədii ədəbiyyat oxuyur. Tez-tez kitabxanaya gedir, oradan kitablar götürüb oxuyur. Otağında idman qurğuları da var idi, idman edir. Dedi ki. Heç evində idman qurğuları olmayıb, burada həmin qurğular da var“.
Tarix: 29 dekabr 2023
Baxış: 136
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş