Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Bolt" mənzil başına çatdıqdan sonra qiyməti artırır? (ŞƏRH)

"Taksi xidmətlərində hər hansı bir artıq ödəniş tələbinin əsaslı olmalıdır". 
Gender.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı özəl taksi xidmətlərində gediş qiymətlərinin mənzil başında dəyişməsi, yəni artması ilə bağlı sərnişinlərin şikayətlərinə aydınlıq gətirərkən deyib. 
Ekspert belə hallarda sərnişinlərin aidiyyatı qurumlara müraciət etməli olduğunu bildirib:


"Taksi xidmətində hər iki tərəf razılaşır, bu biznesdir. Mənzil başında sürücü fikirini dəyişib, qiyməti artırırsa, bu artıq sərnişinin problemi deyil. Ona görə indiki halda şirkətə şikayət edilsə, "baxılıcaq" deyib yola verəcəklər. Ən yaxşı halda İqtisadiyyat Nazirliyinə, Yerüstü Nəqliyyat Agentliyinə müraciət edilməlidir".
Elməddin Muradlı hesab edir ki, yanvarın 1-dən sonra taksi xidməti ilə bağlı qüvvəyə minəcək qərar neqativ halları aradan qaldıracaq:
"İndiki halda mübarizə nəticə vermir. İstifadəçilər narazıdır, şikayət edirlər. Deyirlər ki, taksi ünvana çatmamış geri qayıdır və s. hadisələr baş verir. Qiymət məsələsində onlar haqsızdırlar. Əlavə heç bir ödəniş tələb edə bilməzlər. İlkin razılaşdırılmış qiymət nədirsə, onu da ödəmək lazımdır". 
Qeyd edək ki, son günlər bəzi taksi şirkətlərinin mənzil başına çatdıqdan sonra ilkin qiymətdən daha çox məbləğ göstərməsi barədə şikayətlər səslənir. Əsasən də "Bolt" taksi şirkətinin pik saatlarda belə qanunsuzluqlara yol verdiyi deyilir. Məsələ ilə bağlı şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.

Bahar Rüstəmli

Tarix: 27 dekabr 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş