Xəbər lenti
Reklam
Elşad Abdullayev prorektor təyin olundu

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.
Gender.Az xəbər verir ki, Elşad Abdullayev Sumqayıt Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.
E.Abdullayev 2009-2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində rektorun müşaviri vəzifəsinə təyin olunub.
2016-cı ildə isə "Nüvə kimyası” ixtisası üzrə dosent elmi adı alıb. Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən 1 patent və 26 məqaləsi) çap edilmişdir. 2021-ci ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub.



Tarix: 27 dekabr 2023
Baxış: 99

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş