Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Arvadı onu məşhur müğənni ilə YATAQDA TUTDU - Bakının ortasında lüt qovuldu / VİDEO

Bu adam həm kosmosa ilk uçan sovet itinə - Laykaya şeir yazıb, həm də “Ana və poçtalyon” kimi möhtəşəm əsər yaradıb. TV11 birmənalı qəbul edilməyən şəxsiyyətlətin başında duran Xalq şairi Süleyman Rüstəm Haqqında şok faktlar təqdim edir.
Gender.Az Referans.az-a istinadla xəbər verir ki, xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olub. Süleyman Rüstəm Azərbaycanda bu gün də birmənalı qəbul edilməyən, SSRİ dönəmində fəaliyyətinə, yazdığı bir çox mətnlərinə görə qınanan adamlardandır. Məsələn, aşağıdakı misralar Azərbaycan müstəqillikm qazandıqdan sonra onun ən çox qınanmasına səbəb olan mətnlərdəndir.

Mənasını itirmişdir köhnə, çürük sözləriniz
O üçrəngli bayrağısa, görməyəcək gözləriniz!
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
“Erginə qon, boz qurd” kimi əfsanələr sizin olsun,
İstanbulda qab yalayan divanələr sizin olsun...
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər,
Siz hey hürün, nə eybi var: “İt hürsə də, karvan keçər”.

Lakin elə bu misraları yazan şair sovetlər dönəmində Türkiyə səfəri zamanı Məmməd Əmin Rəsulzadənin  məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Süleyman Rüstəm başdaşının yanında oturur və xeyli ağlayır. Şeirlərini, yazılarını həmişə əski əlifbada yazarmış... Süleyman Rüstəm Azərbaycan SSR-nin dövlət himninin müəlliflərindən biri olub.
Süleyman Rüstəmin oğlu azad Rüstəmzadə müsahibələrindən birində atasının qadınlarla münasibətindən danışarkən, deyir: Qadınlarla münasibəti yaxşı idi. Yaxşı idi. Mənim bir qaynım vardı, Nyu-Yorkda rəhmətə getdi. O, mənə and içərək deyirdi ki, bir gün anam Sayad xanım evə gələndə, görüb, atam o dövrün Xalq artisti olan çox məşhur müğənnilərindən biri ilə yataq otağında alt paltarındadır. Anam mətbəxdən oxlovu götürüb, atamı kötəkləməyə başlayıb, atam paltarını geyinib qaça-qaça birinci mərtəbəyə düşüb. Anam əlində oxlov onu “Tarqovu”da qovalamağa başlayıb. Qaynım bunu mənə deyəndə inanmadım, dedim elə şey ola bilməz. Ona bu barədə keçmiş 26-lar rayonunun polis rəisi danışıbmış. Amma yadıma gəlir ki, nə zaman həmin müğənni televizorda oxuyurdu, atam dərhal durub otaqdan çıxırdı.
Azad Rüstəmzadə, bu müsahibəni həmkarım jurnalist Samirə Əşrəfə verib. Və müsahibədə həmin qadın Xalq artistinin adını da açıqlayır. Biz isə etik olmaz deyə, xanımın adını açıqlamırıq.
Atası dəmirçi olub və uşaqlıqdan şair ona kömək edib. Bu səbəbdən Süleyman Rüstəmdə “qrija” varmış. Bu ağrı onu bütün ömrü boyu izləyib. Uzun müddət bu ağrı ilə yaşayan Süleyman Rüstəmə əməliyyat olunmağını söyləyirlər. Onda 83 yaşı varmış. Və əməliyyatdan üç gün sonra vəfat edib.  
Daha ətraflı video-materialda:



Tarix: 20 dekabr 2023
Baxış: 150

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş