Xəbər lenti
Reklam
Cəsarət Valehov vəzifəsindən azad olundu

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.
Gender.Az  xəbər verir ki, qurumun aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.
Lakin C.Valehovun adı Elm və Təhsil Nazirliyində vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb.
Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb və ora Səbuhi Rzayev müdir təyin olunub.
C.Valehov "Report"un nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun ləğvi ilə bağlı sualına konkret cavab verməyib: "Hazırda səhhətimdə problemlər var, danışa bilmirəm. Yeni dəyişiklik olub, başqa nə deyə bilərəm?!".

Tarix: 08 dekabr 2023
Baxış: 166

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş