Yeni isti Yupiter kəşf EDİLDİ
Beynəlxalq astronomlar qrupu "TESS" kosmik gəmisindən istifadə edərək, uzaq spektral G sinfinə aid ulduzun ətrafında fırlanan yeni isti Yupiter tipli ekzoplanet kəşf ediblər.Planetin ölçüsünə görə Günəş sistemindəki Yupiterlə müqayisə olunsa da, onun kütləsi təxminən iki dəfə böyükdür.
Bu barədə Gender.Az "lenta.ru"ya istinadən xəbər verir.
Yerdən təqribən 632 işıq ili uzaqlıqda yerləşən ekzoplanetinin orbital dövrü təxminən 15,26 gündür. Onun radiusu 1,09 Yupiter radiusu, kütləsi isə 2,01 Yupiter kütləsidir və hər kub santimetr üçün təxminən 1,95 qram sıxlıq verir. Ondan ana ulduza qədər olan məsafə 0,12 astronomik vahid, tarazlıq temperaturu isə 705 kelvindir.
Tarix: 06 dekabr 2023
Baxış: 141
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş