Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Parkinqə tətbiq olunan yenilik nə qədər effektiv oldu? - DEPUTAT / EKSPERT

Avqustun 1-i 2023-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiq vətəndaşların istifadəsinə verildi. Pilot layihə kimi təqdim olunan mobil tətbiq nə qədər effektiv oldu? Sistemin bütün ölkə ərazisində tətbiqi gözlənilir?

Milli Məclisin üzvü Fazil Mustafa Referans.Az-a açıqlamasında bildirib ki, bu məsələ inzibati yolla deyil, konkret, statistik və başqa göstəricilər əsas götürülərək həll edilməlidir.


“Bu sistemin müəyyən problemləri var. Hələ də tam mənada həll olunmamış məsələlər mövcuddur. Ümüd edək ki, bundan sonrakı dönəmdə bu istiqamətdə müsbət dəyişikliklər olacaq. Amma hələ ki, bunun işartıları yoxdur. Azərbaycan, xüsusilə də, Bakı şəhəri parkinq sayı yerinə görə olduqca az imkana sahibdir. Özəl park yerlərinin sayı artırılmalıdır, bunun yer artırılmalıdır. Eyni zamanda bələdiyyə fəaliyyəti də canlanmalıdır. Bunlar olmadan məsələnin inzibati qaydada həlli gözlənilmir”.


Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə deyib ki, paytaxtın parklanma probleminə qismən də olsa müsbət təsir göstərib. 


“Tətbiqi yaradan və istifadəyə verən qurumun könüllü və nəzarətçilərinin yerləşdiyi ərazilərdə bu tətbiqdən istifadə olunur. Amma digər ərazilərdə hələ də qeyri-qanuni “parkovşik”lər fəaliyyət göstərir. Bunun fəsadları da göz önündədir. Elə yerlər var ki, insanlar işarələri görmürlər və belə yerlərdə avtomobillərini park edib, gedirlər. Bir neçə saat sonra onlara mesaj gəlir ki, cərimə olunublar. Bu vətəndaşlara iki qat ziyanı dəyir. Onlar həm “sarı jiletli”lərə pul ödəməli, həm də cərimə verməli olurlar”.


Ekspert qeyd edir ki, bu layihə Azərbaycanda pilot layihə kimi təqdim olunub.

“Qurum məsuliyyəti üzərinə götürübsə, geniş və funksional fəaliyyət göstərməlidir ki, bütün əraziləri əhatə etməlidir. Qeyri-qanuni park yerləri belə məsələlərdə məsuliyyət daşımırlar. Həmin şəxslər pulu alır və gedir. Əgər avtomobilin başına bir iş gələrsə, məsuliyyət daşıyan heç kəs olmur. Bu da pərakəndəliyə səbəb olur”.
 


Fidan Vəlisoy

Tarix: 21 noyabr 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş