Redaktor seçimi
    Əli Əsədov sərəncam imzaladı: nazirliklərə tapşırıq verildi
Xəbər lenti
Reklam
"Ev mənimdir, istəsəm sataram..." — Rəmişin xanımı

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünün musiqiçidən qalan evi satması ilə bağlı xəbər yayılıb. 
Məsələ ilə bağlı Gülü Axşam.az-a açıqlama verib. O bildirib ki, yayılan xəbərlər onu narahat edib:
"Məndən nə istəyirlər? Gecə səhərə kimi yatmamışam. Niyə yazırlar ki, Gülü ev satır? Ev mənimdir, istəyərəm sataram, istəmərəm saxlayaram. Mənimlə birlikdə ev almısınız? Rəmiş evi mənə hədiyyə edib, heç kimin də bu mənzildə nəyəsə ixtiyarı yoxdur. Bu evi Prezident Rəmişə bağışlayıb, o da mənə. Rəmiş 6 il dəniz kənarında maşında yatanda, evsiz qalanda kimsə demədi ona ev verək. Mən bunun üçün əlləşdim. İndi Rəmişin evinin satılması ilə niyə maraqlanırlar? Heç bir ev də satmıram, niyə satım? Yaxşı ki, yazmırlar "Gülü ikinci dəfə ərə getdi". Yaşlı adamam, süpürgəçi işləyib, başımı dolandırıram. Mənim heç kimim yoxdur: nə qohumum, nə övladım var. Günümü sayıram ki, Rəmişin yanına tez gedim. Mənə zəng etməsinlər, unutsunlar məni. Müğənni deyiləm ki, adımı nədəsə hallandırsınlar. Rəmiş öldü, bitdi getdi. Gülüdən yazmaq lazım deyil".
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib.

Tarix: 21 noyabr 2023
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş