Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ər seçimində bu 3 bürcə diqqət edin

Xoşbəxt bir evlilik əsasən insanlara xas olan xarakter xüsusiyyətlərindən asılıdır. 
Astroloqların fikrincə, ər seçimində yaxşı olmayan 3 bürc var ki, onlarla münasibət yaşamaq çox çətindir. Həmin bürclərlə xaossuz münasibət yaşamaq mümkün deyil.  Əgər qadınlar vazkeçə bilmirsə və çox sevirsə, o zaman yoldaşlarının bu xüsusiyyətləri ilə barışmalı olacaqlar.
Gender.Az lent.az-a istinadən həmin 3 bürcü təqdim edir: 
Beləliklə, Oxatanlar son dərəcə azad və eyni zamanda olduqca eqoistdirlər. Çox vaxt qadını öz mülkləri kimi qəbul edirlər. Evliliyin xoşbəxt olması üçün qadın daim ərinin problemlərini araşdırmağa, istəklərini bölüşməyə hazır olmalıdır.
Oxatanlar yalnız öz problemlərinə qarşı diqqətli olmağa çalışır. Başqasının gündəlik vəzifələri və problemləri Oxatanlara görə ideal ailə anlayışına daxil deyil. Qısacası Oxatan bürcünün kişiləri münasibətlərinə laqeyd yanaşırlar. 
Xərçənglər də partnyorunun maraqlarını araşdırmağa həvəsli deyillər. Münasibətin ilk vaxtları bir qadına iltifat etməyə və romantik olmağa çalışsa da, gündəlik həyatda bu kişilər yoldaşlarının istəklərini nəzərə almayan və onun üçün məsuliyyət daşımaq istəməyən insanlardır. Başqa bir problem isə Xərçənglərin çox qısqanc olmalarıdır. Onlar istənilən yerdə mübahisə etməkdən çəkinmirlər, sərt danışırlar və qarşı tərəfi çox pis şəkildə incitməyə çalışırlar.
Tərəzilər qərarsızlıqları ucbatından seçdikləri qadınlarla münasibəti bir xeyli çətinləşdirirlər. Onlar hər hansı bir məsələdə qərar vermək üçün çox vaxt tələb edir.  Tərəzilər bütün variantları ölçüb-biçirlər və sonda hər şeyin onların planlaşdırdıqları kimi baş verəcəyini gözləyirlər.
Planlaşdırılmış münasibətin uğursuzluğu onları tamamilə narahat edir. Buna görə də, qarşı tərəfin özlərindən fərqli fikirlərinə son dərəcə mənfi münasibət bəsləyirlər. Mübahisələrə girirlər və ən mənasız hallarda belə öz fikirlərini müdafiə edirlər. Tərəzi kişiləri ilə sakit yaşamağın yeganə yolu hər şeydə onların istəklərinə cavab verməkdir.

Tarix: 20 noyabr 2023
Baxış: 158

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş