42 yaşlı müğənni Xatirə İslamın üzünə uşaq qanı vasitəsilə gəncləşdirmə prosseduru etdirməsi xəbəri yayılıb.
Müğənninin etdirdiyi bu prossedur tənqidə səbəb olub. Hətta Xalq artisti, müğənni Brilliant Dadaşova da məsələyə heyrətlə yanaşıb. O, "Uşağın hüceyrəsi necə əldə edilir? Allah göstərməsin. Təsəvvür etmək belə istəmirəm" şərhini yazıb.
Xatirə İslamın etdirdiyi kök hüceyrə proseduru əslində dünyada gəncləşmək üçün aparılan qəribə prosedurların yanında "toya getməlidir".
Gender.Az lent.az-a istinadla qorxunc gənlik "iksirləri" barədə məlumat verir.
Dünyada bir çox məşhurlar, xüsusən Hollivud ulduzları gənc qalmaq üçün adrenoxrom üsulundan istifadə edirlər. Bəs adrenoxrom nədir? Adrenoxrom preparatının xammalı uşaqlardır.
Adrenoxrom qorxu zamanı insanların böyrəküstü vəzilərindən alınan təmiz adrenalindən hazırlanan maddədir. Molekulyar formulu C9H9NO3 - dür.
Bu hormon uşaqlarda və yeniyetmələrdə daha güclü ifraz olunur, ona görə də adrenoxrom əldə etmək üçün 1-9 yaş arası uşaqlara üstünlük verilir.
1939-cu ildə aparılan bir araşdırmada adrenoxrom perfuziyasının yeni ölmüş qurbağanın ürəyini canlandırması müşahidə olunmuşdu. Həmin maddə öncə infarkt xəstələrində tətbiq olunmağa başlandı. Sonralar ümumi orqanizmin cavanlaşmasına səbəb olduğu anlaşıldı.
İddialara görə, adrenoxromun əldə edilməsi üçün hər il dünyada 3 milyon uşaq gizli cinayətlərə qurban gedir.
Maddəni almaq üçün uşaq qorxudulur və çox zaman bu məqsədlə işgəncələrə məruz qoyulur. Qorxu anında onun boynunda damar kəsilir və qanı alınır. Bu iddianı bir neçə il öncə "Wikileaks" saytı da səsləndirmişdi. Sayt yoxa çıxan uşalqarın bu məqsədlə oğurlandığını yazmışdı.
Saytın iddialarına görə, Hilari Klinton, Bill Klinton, Tom Kruz, Nikolas Keyc, Barak Obama, Conni Depp, Cim Kerri və bir çox məşhurlar gənc qalmaq üçün bu üsuldan istifadə edirlər.
Asılılıq yaratdığı üçün narkotik növü sayılan adrenoxrom müntəzəm istifadə edilmədikdə istifadə edən adamın sol gözünün ətrafında qançırlar əmələ gətirir.
Daha bir ilginc və tükürpədici cavanlaşma metodu Uzaq Şərqdən gəlib. Çinlilər gənc qalmaq üçün abort edilmiş uşaqları bişirib yeyirdilər. Sonralar tibb doğulmamış körpələrin qiymətli xammal olduğunu aşkarlayıb başqa üsullar düşündü. Türkiyəli müğənni Bülənt Ərsoy abort olunmuş körpədən alınan genlərin kök hüceyrələrindən hazırlanan dərmanı üzünə sürtməklə gənc qalır. Həkimlər sözügedən üsulu itirilmişləri yerinə qoyma proseduru adlandırır.
Dünyada "vampir trendi" adlandırılan PRP üsulu da gənclik iksirlərindən sayılır. Gəncləşmək istəyən insandan qan alınır, laboratoriya şəraitində yad, zərərli maddələrdən təmizlənir, daha sonra isə üz dərisinin altına yeridilərək, gəncləşməyə səbəb olur. "Platelet Rich Plazma" adı ilə tanınan PRP üsulu qırış, sızanaq izləri, günəş ləkələri və saç tökülməsinə də yaxşı təsir göstərir.