"Tək xanımam, bəylə də yaşaya bilərəm, kənarda işimi görüb..."
Müğənni Nəfəsin açıqlaması gündəmi alt-üst edib.
Gender.Az qlobal.net-ə istinadən xəbər verir ki, müğənni evlənmədən eşq yaşaya biləcəyini deyərək diqqətləri üzərinə çəkib.
"Övladı olan ana niyə eşq yaşamamalıdır? Ailə qurmağı bundan sonra düşünmürəm. Amma bu o demək deyil ki, mənim həyatımda bir bəy ola bilməz. Tək xanımam, eşq də yaşaya bilərəm, bəylə də yaşaya bilərəm. Ən azından gedib kənarda işimi görüb, gəlib yalandan demirəm ki, mən kişi zad tanımıram".
Qeyd edək ki, sənətçinin bu fikri sosial şəbəkə izləyicilərini də iki hissəyə bölüb. Bəziləri Nəfəsi qınasa da, bəziləri "sevgi azaddır, seçim insanın özününküdür" deyərək onun fikirlərini dəstəkləyib.
Tarix: 15 noyabr 2023
Baxış: 162
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş