Xəbər lenti
Reklam
“Evlənə bilmirsə, androloqa getsin”- Elşad Miridən Aşıq Namiqə məsləhət

Xəbər verdiyimiz kimi, tanınmış saz ustası Namiq Fərhadoğlu son açıqlaması ilə gündəmə gəlib. ATV telekanalında yayımlanan “Rəngarəng səhər” proqramında qonaq olan sənətçi ona cadu edildiyini, bu səbəbdən evlənə bilmədiyini iddia edib. 
Məsələ ilə bağlı “Yeni Sabah”a ilahiyyatçı Elşad Miri açıqlama verib. 
İlahiyyatçı bu kimi anlayışların İslamda mövcud olmadığını bildirib: 
“İslam dinində cadu deyə bir anlayış yoxdur. Bunlar bir sıra şəxslərin uydurmasıdır. Həmin adamlar cadunun mövcud olması ilə bağlı məlumatların Quranda sübut edildiyini iddia edir. Belə etməklə onlar özlərini haqlı göstərməyə çalışırlar. Bu tamamilə yalnışdır. İslamın müqəddəs kitabı olan Qurani-Kərimdə nə cadu, nə də sehri təsvir edən, sübuta yetirən anlayışlar var. İslam dini belə uydurmalardan uzaqdır. Dində bu kimi söhbətlərə yer yoxdur”. 
Elşad Miri həm sadə adamların, həm də məhşurların bu barədə o qədər də məlumatlı olmadığını qeyd edib: 
“Kimki evlənə bilmədiyini deyirsə, androloqa, yaxud ginekoloqa müraciət etsin. Digər bir çıxış yolu da psixoloq yanına gedib, problemin həll yollarını araşdırmaqdır. Bu kimi variantlar daha məqsədə uyğundur. Bunun üçün cadunu əsas gətirmək lazım deyil. İstər tanınmış şəxslər, istərsə də sadə insanlar bəzi nüansları cadu ilə əsaslandıra bilər. Bu o demək deyil ki, onlar bunu təbliğ edir, ya da bu cür çıxış edir. Onlar heç özləri də cadu kimi əməllərin olub-olmadığına əmin deyil. Sadəcə kənar-bucaqdan eşitdiklərinə inanır, mövhumata aldanırlar”. 

Tarix: 15 noyabr 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş