Xəbər lenti
Reklam
Evdə təhsillə bağlı YENİLİK

Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 219 nömrəli evdə təhsil məktəbinin bağlanması iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və sosial inteqrasiyası məqsədilə onlar üçün təhsilin əlçatanlığının, səmərəliliyinin və bərabərliyinin təmin olunması prioritetdir:
“Bu baxımdan 219 nömrəli evdə təhsil məktəbi şagirdlərinin təhsilinin qanunauyğun şəkildə ərazi üzrə ümumi təhsil müəssisələri vasitəsilə təşkili məqsədəuyğundur.
Hazırda qeyd olunan məktəb fəaliyyətini davam etdirsə də, evdə təhsilə cəlb olunmuş uşaqların cəmiyyətə adaptasiyası, onlara psixoloji xidmətin göstərilməsi məqsədilə uşaqların yaşayış yerlərinə yaxın məktəb vasitəsilə evdə təhsilə cəlb olunması işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
İlk olaraq 219 nömrəli evdə təhsil məktəbinə sağlamlıq imkanları məhdud yeni uşaqların yönləndirilməməsi, məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin isə öz məktəblərində evdə təhsillərini davam etdirməsi nəzərdə tutulur. Dərs saatları azalan müəllimlərə digər məktəblərdə uyğun dərs saatlarının verilməsi təmin olunur. Uşaqların müəllimlərə psixoloji bağlılıqları nəzərə alınaraq həmin şagirdlərə öz müəllimlərinin dərs deməsi üçün bütün mümkün köməkliklər göstərilir”.
Qeyd edilib ki, növbəti mərhələdə 2024-25-ci tədris ilindən etibarən qeyd olunan sağlamlıq imkanları məhdud şagirdlərin yaşayış yerlərinə yaxın məktəblər vasitəsilə evdə təhsillərini davam etdirməsi məsələsinə baxıldıqdan sonra şagirdlər daha keyfiyyətli təhsillə təmin olunacaqlar:
“Pedaqoji kollektiv üzvləri də fəaliyyətlərini davam etdirəcəklər. 219 nömrəli evdə təhsil məktəbinin kollektivi ilə görüşdə də bütün bu məqamlar və qanunauyğun proseslər diqqətə çatdırılıb. Evdə təhsil alan uşaqların sağlamlıq durumları imkan verdiyi halda inklüziv təhsilə cəlb edilmələri də qarşıda duran məsələlərdəndir”.

Tarix: 25 oktyabr 2023
Baxış: 179

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş