Xəbər lenti
Reklam
Maraqlı qisas: borcunu üç ton sikkə ilə ödədi

ABŞ-ın Kolorado ştatında bir şirkət başqa bir şirkətə olan 23500 dollarlıq borcunu maraqlı şəkildə ödəyib.
"JMF Enterprises" adlı şirkət "Fired Up Fabrication"a olan borcunu təxminən 3 tonluq sikkələrlə ödəyərək qisas alıb.
Bəs məhkəmə çəkişməsi necə yaranıb? "JMF Enterprises" tikinti layihəsi üçün "Fired Up Fabrication"lə subpodratçı kimi müqavilə bağlayıb. Lakin iş bitdikdən sonra vəd olunan pulu ödəməyib. Keçən ilin iyulunda aparılan vasitəçilik danışıqlarında JMF subpodratçıya 23500 dollar ödəməyə razılaşsa da, bunu hansı formada edəcəyi barədə dəqiq heç nə deməyib. 
Vasitəçi müqaviləsində ödəniş üsulu ilə bağlı xüsusi şərtlərin olmadığını bildirən JMF-nin hüquq qrupu iddiaçıya sataşmaq, vaxt itirmək və razılaşmanın qarşısını almaq niyyətlərinin olmadığını söyləyib.
İddiaçı tərəfin vəkili Daniel Bim, qarşı tərəfin bu hərəkətinin çox güman ki, əks nəticə verəcəyini və keçən həftə keçirilən iclasda hakimin bu vəziyyəti "pis niyyətli" gördüyünü ifadə edib. O, borcun sikkələrlə ödənilməsi tələbini “simvolik orta barmaq” jesti kimi qiymətləndirib. Minlərlə sikkə bir yük maşınında iddiaçı şirkətin ofisinə çatdırılıb. Bim açıqlamasında, yük maşını sürücüsünün ona qutuların sikkələrlə dolu olduğunu və onları daşımaq üçün xüsusi qaldırıcıya ehtiyac duyacağını söylədiyini bildirib. Ofisinin yerləşdiyi binadakı liftin bu yükü daşıya bilməyəcəyini deyən vəkil istəsə də belə ödənişi qəbul edə bilməyəcəyini bildirib. Digər tərəfdən, JMF-nin vəkilləri məhkəmədən iddiaçıların sikkələrlə ödənişi qəbul etməsinin təmin olunmasını istəyib.\\Valyuta.az 

Tarix: 24 oktyabr 2023
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş