Əsas suallara cavablar verilib, biz sualları qruplaşdırıb lazımi yerə təqdim etməyə hazırıq, hər şey bizdən asılı deyil.
Gender.Az xəbər verir ki, bunu Xankəndidəki keçmiş xunta rejimin lideri olmuş Samvel Şahramanyan bu gün İrəvanda Qarabağ erməniləri ilə görüşdə deyib.
O deyib ki, danışmaq istəmədiyi məsələlər var.
“Xahiş edirəm, bununla kifayətlənək, qapılarımız açıqdır, gündəlik problemlərinizi həll etməyə çalışacağıq. Xahiş edirəm, gedin, gündəlik qayğılarınızla məşğul olun, suallarınıza cavab alacaqsınız. Biz çətin vəziyyətdəyik… Biz Ermənistanı və “artsax”ın gələcək taleyini təhlükəyə atmamaq üçün hər şeyi etməliyik”, - Şahramanyan vurğulayıb. \\Ölkə.Az