Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Əhalinin DİQQƏTİNƏ! - Bu qaz sayğacları daha çox PUL YAZIR?

2020-ci ildən etibarən, Azərbaycanda bütün fərdi yaşayış evlərində, yeni inşa edilmiş hündürmərtəbəli binalardan əlavə, smart kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənməyə başlandı. Bu əvəzetmə prosesi bərabərində müxtəlif suallar gətirdi.

“Sayğaclar niyə dəyişdirilir?”, “Mexaniki sayğac çox pul yazırmı?”, “Sayğacların fərqi nədədir?” və s. Sosial şəbəkələrdə dilə gətirilən bu kimi sualların cavabını kommunal məsələlər üzrə ekspert Elgün Bayramlı Referans.az-a açıqlayıb.

Ekspet bildirib ki, Azərbaycanda bir neçə növdə sayğaclar tətbiq olunur və buna görə də dövlət qərara alıb ki, ölkədə vahid sayğac sisteminə keçirilisin. Onun sözlərinə görə, hazırkı sayğaclar Gəncə Cihazqayırma Zavodunda istehsal olunur:

“Almaniyanın nüfuzlu şirkətlərindən biri ilə müqavilə bağlanılıb və müqavilə əsasında istehsala başlanılıb. Onlar smartkart sayğaclardır. Yeni sayğaclar da eyni qaydadadır. Amma bunlara elektron çip qoyulur. Bu sayğaclar texniki olaraq mexanikidir. Sadəcə onların yüklənmə, ödəniş sistemi smartdır. Digər sayğaclar isə yenə eyni qaydadadır, qurğu olaraq mexanikidir, amma burada elektron çip qoyulur. Bu indi həmin smart dediklərimizdən daha yüksək texnologiyadır”.

Ekspert qeyd edib ki, bu sayğaclar sonradan ödəniş sistemlidir, yəni qazı istifadə edirsən, daha sonra istifadə etdiyin qazın pulnu ödəyirsən, bu da abonent üçün daha sərfəlidir: “Yəni mən karta pul yükləyirəm, tutaq ki, başqa bir rayona gedir və 5 ay burda olmuramsa, niyə mənim pulum həmin kartda qalmalıdır? Yeni sayğaclarda isə qazı istifadə edirsən, daha sonra istifadə etdiyin qazın pulunu ödəyirsən. Bir çox qaz sayğacları istismar müddətini başa vurub. Yəni onlar 5-10 il əvvəl qurulub və artıq dəyişdirilməlidir. Onlar dəyişdiriləndə isə yeni sayğaclarla dəyişdirilirlər”.

Elgün Bayramlı əlavə edib ki, ölkədə iki yerdə iş gedir, biri 5 ili tamam olmuş və ya hər hansı səbəbdən xarab olmuş sayğac dəyişdirilərkən yeni sayğac qoyulur. Eyni zamanda harada ki, yeni tikilən binalar var onlara yeni sayğaclar qoyulmalıdır. Bu proses mərhələli şəkildə yenilənə-yenilənə gedəcək. Bunun çox üstünlükləri var. 



Aqil Qarayev


Tarix: 20 oktyabr 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş