Hər kəs xoşbəxt evlilik arzusunda olsa da, bu evliliyi ayaqda saxlamaq həmişə mümkün olmaya bilər. Bəzi insanlar evlilikdə yaşanan çətinlikləri aradan qaldırmaq üçün xüsusi səy göstərsələr də, bəziləri kiçik problemlərə belə dözə bilmir. Astroloqlar ən çox boşanan bürcləri araşdırıb və boşanmaya meyilli bürcləri aşkar ediblər. Ən çox boşanan bürcləri təqdim edirik:
Qoç
Qoçlar evləndikləri zaman həyat yoldaşı ilə emosional bağ qururlar. Lakin həyat yoldaşı ilə aralarında heç bir emosional bağ olmadığını hiss etdikdə qoç evliliyin bitməsinin daha yaxşı olacağını düşünür.
Əkizlər
Əkizlər evliliklərinin daha çox vaxt və pul sərf etməyə dəymədiyini, ailədə qeyri-sabitlik yarandığını düşündüklərində ayrılmaq qərarına gəlirlər. Bu qənaətə gələn əkizlər üçün boşanmaq iki vur ikidir.
Şir
Şir bürcü evlənməyə qərar verdikə, sədaqətə böyük əhəmiyyət verir. Onlar partnyorlarının sadiq olmasını gözləyirlər. Şirlərin etibarını sarsıdan ən kiçik hərəkət belə anidən boşanmalara səbəb ola bilər. Xəyanət və inamsızlıq şirlərin münasibətlərdə qətiyyən dözə bilməyəcəyi bir şeydir.
Balıq
Balıqlar daha çox boşanma ərizəsi verən bürclərdəndir. Həyat yoldaşlarının sevgilərinə layiq olmadığını, yaxud partnyorunun ondan uzaqlaşdığını, nə isə gizlətdiyini hiss etdikləri anda boşanma ərizəsini vermələri qaçılmazdır. \\Yenisabah.az