Ən qısa nikah qeydə alındı: Ər arvadına "axmaq" dedi, 180 saniyə sonra...
Ən qısa nikah Küveytdə qeydə alınıb və bu, qeydiyyatdan sonra cəmi üç dəqiqə davam edib.
Gender.Az bu barədə REN TV-yə istinadən xəbər verir.
Boşanmaya səbəb yeni ərin gəlinə ünvanladığı təhqiramiz ifadə olub. Toyda iştirak edən qonaqlardan biri sosial şəbəkədə bəyin gəlinə sataşdığını paylaşıb.
Belə ki, qadın yeriyərkən büdrəyib və bu zaman kişi onu "axmaq” adlandırıb.
Hadisə nəticəsində cütlük qeydiyyatdan cəmi 180 saniyə sonra nikahlarının bitdiyini açıqlayıb.
Tarix: 04 oktyabr 2023
Baxış: 173
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş