Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
335 min il sonra Afrikada alimləri şoka SALAN KƏŞF - Əcdadlarımız TAPILDI...

Afrika qitəsinin tarixində sirlərlə dolu inanılmaz məlumatlar gizlidir və bu qeyri-adi yerdə nələrlə qarşılaşacağınızı heç vaxt bilə bilməzsiniz. Afrikada mövcud olan bir çox şey göz oxşayan, rahatsız edici və qəribədir.
Gender.Az bildirir ki, Referans.az dünyanın ən qəribə qitələrindən biri olan Afrikada kəşf edilmiş ən müammalı tapıntıları araşdırıb.
Homo Nalede
Tarixin dərinliklərinə getdikdə keçmiş bir insan növünün kəşf edilməsi qədər mühüm bir araşdırma tapmaq çox çətindir. 2013-cü ildə cənubi Afrikada bir qrup alim qaranlıq bir mağaranın içində qeyri-adi bir şey kəşf etdi. Homo Nalede 335 min il öncə yaşamış və bizim əcdadlarımızla eyni dövrü paylaşmış bir növ idi. Onunla bağlı alimlər bir çox şeyləri araşdırıb və məlumat toplayıb. Lakin hələ də Homo Nalede barəsində elmə məlum olmayan bir çox sirr gizlidir.
Madaqaskarın daş meşəsi
Madaqaskar təbiətin möhtəşəmliklər diyarıdır. Amma madaqaskarın gözəllikləri sadəcə burada yaçayan varlıqlara məhdudlaşmır. Buranın cənub-qərb bölgəsində yerdən yüksələn iynələr kimi qayalarla örtülü bir meşə görə bilərsiniz. Buradakı əhəng daşı quraq iqlimdə əmələ gələrək uclarının iti bir şəkil almasına səbəb olmuşdur. Bəzi insanlar təhlükəli labirintə qızıl və elmasların gizlədildiyini bildirir. Bu meşədə gəzmək olduqca risklidir, çünki yollar çox insanları çaşdıra bilər və qayalar özünüzü yarala biləcək qədər itidir.

Tarix: 07 sentyabr 2023
Baxış: 164

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş