Xəbər lenti
Reklam
“Azərbaycan dili reanimasiyadadır” - Seyran Səxavət

“Azərbaycan dili reanimasiyadadır”.
Gender.Az xəbər verir ki, bunu “Azərbaycan Dili və Ədəbiyyatı” Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.
“Bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir. Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir, vəssalam. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, görəcəklərimiz hələ qabaqdadır”, – o qeyd edib.
Yazıçı əlavə edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir: “İstənilən televiziyanı gətirin, mən sizə sübut edim ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu biabırçılıqdır”. \\Gununsesi.info

Tarix: 02 sentyabr 2023
Baxış: 731

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş