“Nədən axı qınaq olmalıdır?”
Rəqqasə Aytən oriyental rəqs ifa edənlərin qınaq obyektinə tutulmasından danışıb.
Tanınmış rəqqasə bəzi həmkarlarının milli rəqs oynaya-oynaya masalardan pul yığmalarından danışıb:
“Mən rəqqasəyəm. Rəqqasənin də paltarı açıq olur. 15 ildir bu sənətdəyəm və namusumla, qeyrətimlə, halal zəhmətimlə çörəkpulumu qazanıram. Bu mənim sənətimdi. Pis iş görmürəm ki?
Məni qınayanlar paxıl, içlərində qurdlu olan, məni gözügötürməyən insanlardır. Elə insanların da sözünü bir qulaqdan alıb, o biri qulaqdan buraxmaq lazımdı. Elə insanlara qulaq asmalı olsan ya gərək sənəti tullayasan, ya da ki, buradan baş götürüb çıxıb, gedəsən. Mən onlara qulaq asmıram. Nədən axı qınaq olmalıdır?
Bu oriyental rəqsdir. İndi səhnədə oynayan bütün rəqqasələr oriyental rəqsdən ora gəliblər. Bəziləri milli rəqs oynaya-oynaya gedib stollardan pul yığır. Amma mən heç öz rəqsimə yaraşdırmıram ki, gedim stollardan pul yığım. Çünki hamı bilir ki, Aytən öz sənətini çox sevir”.\\Kanal.Az